MALİYYƏ

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya artırılır

Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən  dotasiyanın həcmi 2022-ci illə müqayisədə növbəti ildə 49.28 milyon manat, yaxud 11.4% artırılır.

Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi “2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda qeyd edilib.

Bildirilir ki, muxtar respublikaya 480.88 milyon manat dotasiya ayrılacaq.

Qeyd edilir ki, icmal büdcənin tərkib hissəsi olan muxtar respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 646.4 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 40.3 milyon manat və ya 6.6 faiz çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)