İmran Xana sui-qəsd olub
Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.
ENA.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.
Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib.
Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb.
Hadisənin təfərrüatı hələ məlum deyil.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.