Qarabağ

Birgə bəyanatın mətni yayıldı - Foto

Azərbaycan, Rusiya və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı birgə bəyanat qəbul olunub.

ENA.az xəbər verir ki, birgə bəyanatın tam mətninin əks olunduğu fotolar yayılıb.

Bəyanatda 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasının müzakirə edildiyi qeyd olunub. Bəyanatda Qarabağla bağlı bir sözün belə işlədilməməsi, bunun da Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığının sübutu kimi sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdəndir. 

Bəyanatda, həmçinin, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan respublikaları arasında sülh sazişinin bağlanmasına fəal hazırlıq görülməsinin vacibliyi qeyd olunur.

 

 


Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)