Paşinyan Rəisilə görüşə gedir
Noyabrın 1-də Ermənistan Baş naziri Nikol Paşinyan Tehrana səfər edəcək.
ENA.az xəbər verir ki, bu abrədə İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Paşinyanın İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq.
Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran prezidenti İbrahim Rəisinin adından Ermənistanın baş naziri Nikol Paşinyanı Tehrana dəvət edib.