Ərdoğan yerli avtomobili sınaqdan keçirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "Togg" avtomobilinin istehsal edildiyi şirkətə baş çəkib.
ENA.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Zavodda il ərzində 175 min avtomobil istehsal olunacaq. 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək, gəlirimiz 50 milyard dolları keçəcək olacaq, cari kəsir isə 7 milyard dollar azalacaq”, - Ərdoğan bildirib.
Bildirilir ki, Ərdoğan avtomobilin istehsalında iştirak edən şəxslərlə görüşdən sonra maşını sınaqdan keçirib.
Qeyd edilir ki, tezliklə yerli avtomobillərin kütləvi istehsalına başlanılacaq.