Gündəm

“BP”nin Azərbaycandakı nümayəndəliyi məhkəməyə verilib

“BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi məhkəməyə verilib.

ENA.az xəbər verir ki, iddiaya səbəb torpaq münasibətləri üzrə mübahisələrdir.

İddiaçı Qurbanov Gürşad Camaləddin oğludur, hakim isə Ceyhun Tağıyevdir. İddia Nəsimi Rayon Məhkəməsində icraata götürülüb.

Xatırladaq ki, Azərbaycanda bp Azərbaycan hökuməti ilə bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi və tranzit əraziyə malik ölkə höküməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. bp ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)