Paşinyan üçtərəfli görüşdə iştirakını təsdiqləyib
Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktybarın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.
O, bu barədə hökumət saatında çıxışı zamanı deyib.
“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, deyə Paşinyan parlamentdə deyib.
O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılır.