MALİYYƏ

HSBC blockchain üzərindən 250 milyard dollarlıq əməliyyat keçirib

HSBC, 2018-ci il ərzində 250 milyard dollar məbləğindəki FX (Forex) əməliyyatını "blockchain" üzərindən həyata keçirdiyini açıqlayıb. 

"BI" xəbər verir ki, bank, üç milyondan çox forex əməliyyatının reallaşdığını və 2018-ci ilin Fevral ayından bu yana "blockchain" infrastrukturu istifadə edərək 150 mindən çox ödəniş etdiyini bildirib. 

Bu göstərici indiyə qədər "blockchain" texnologiyasını hər hansı bir şəkildə istifadə etməyə başlamaq məsələsində qərarsız olan bank və maliyyə sektoru baxımından əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)