Qarabağ

Putin İlham Əliyev və Paşinyanı Rusiyaya DƏVƏT ETDİ

Prezident Vladimir Putin Azərbaycan və Ermənistan liderlərini Rusiyaya dəvət edib.

ENA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, Putin dövlətlərarası münasibətləri müzakirə etmək üçün Prezident İlham Əliyev və Nikol Paşinyana Rusiyada üçtərəfli sammit keçirməyi təklif edib.

Onun sözlərinə görə, sammitdə üçtərəfli və ikitərəfli məsələlərin müzakirəsi planlaşdırılır.

"Biz bütün səviyyələrdə tərəfdaşları Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli naminə işləməyə davam edirik. Eyni zamanda sülhə nail olmaq üçün siyasi iradə və hər iki tərəfin razılığı lazımdır", - Zaxarova bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)