Bazar ertəsi Belarusda VISA beynəlxalq ödəniş sistemi ilə rabitə kanalına çıxışda problemlər müəyyən edilib.
Bank Prosessinq Mərkəzi ASC bildirib ki, hazırda VISA beynəlxalq ödəniş sistemi ilə rabitə kanalı mövcud deyil”, - prosessinq mərkəzinin açıqlamasında bildirilir.
“Bununla bağlı VISA beynəlxalq ödəniş sisteminin kartları ilə müştərilərə xidmət göstərməkdən imtinalar ola bilər”, - deyə qurumdan bildirilib.
Bildirilir ki, mütəxəssislər rabitə kanalının tezliklə bərpası üçün birgə səylər göstərirlər.