Qarabağ

Çavuşoğlu: “ATƏT Ermənistanı dəstəkləyir”

“ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyir. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk qrupunun səylərinin nəticəsi deyildi: “Azərbaycan öz işini özü gördü. ATƏT sərhədə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”.

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Bu əlaqələrin normallaşması istiqamətində atılan hər bir addım həm də İrəvan- Ankara münasibətlərinə təsir edir”, – o, əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)