Gündəm

Bakı 2040-cı ilə qədər belə ola bilər - VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə Bakı şəhərinin yeni Baş Planı müzakirələrə səbəb olub. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış planın görüntüləri də yayılmağa başlayıb.

ENA.az xəbər verir ki, həmin video ötən gün Şəhər və Regional Planlaşdırma Cəmiyyətinin rəsmi yutub kanalında paylaşılıb. Görüntülərdən aydın olur ki, paytaxtda 2040-cı ilə qədər 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. Həmçinin Böyükşor gölünün ətrafında istirahət zonası salınacaq.  

Qeyd edək ki, Baş Planda paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisi  əhatə olunub. Almaniyanın şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş yeni Baş Plan konsepsiyasında paytaxtın 2040-cı ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub.  

Həmin videogörüntüləri təqdim edirik:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)