MB: ilk yarımildə bank kreditlərin restrukturizasiyası 9% azalıb
Bank kreditlərində restrukturizasiya portfelinin dinamikasında azalma müşahidə olunur.
Bu barədə 2022-ci ilin I yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında deyilir.
2022-ci ilin ilk 6 ayı ərzində restrukturizasiya edilmiş portfel 9.1% (175 mln. manat) manat azalaraq 1.7 mlrd. manata çatmışdır.
Restrukturizasiya edilmiş kreditlərin cəmi kredit portfelində payı 2.1 faiz bəndi azalaraq 9.5%-ə çatmışdır. Restrukturizasiya olunmuş kreditlərin cəmi portfeldə payı son beş ilin ən aşağı səviyyəsindədir.