Gündəm

Ukrayna ordusu ruslara ağır zərbələr vurub

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri Rusiyanın 4 helikopterini və 26 pilotsuz uçuş aparatını vurub.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində məlumat yayıb.

"Müdafiə qüvvələrinin aviasiyası son sutka ərzində düşmənə 32 zərbə endirib. Silah və hərbi texnikanın cəmləşdiyi 25-dən çox ərazinin, eləcə də düşmənin 7 zenit-raket kompleksinin vurulduğu təsdiqlənib. Bundan başqa, hava hücumundan müdafiə bölmələrimiz də düşmənə atəş açıb. Nəticədə, düşmənin 4 helikopteri və 26 PUA-sı vurulub”, - məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)