Gündəm

Peskovdan növbəti səfərbərlik AÇIQLAMASI

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyada yeni səfərbərlik gözləntilərilə bağlı sualı cavablandırıb.

ENA.az TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsü “Yeni səfərbərlik dalğası yoxdur" açıqlamasını verib.

Onun sözlərinə görə, səfərbərlik sisteminin işində hər kəs səhvləri və çatışmazlıqları görüb, indi bu mexanizmin qaydaya salınması üçün tədbirlər görüləcək.

Kreml sözçüsü səfərbərlik sisteminin modernləşdirilməsinin Təhlükəsizlik Şurasının iclaslarında müzakirə olunub-olunmaması ilə bağlı suala cavab olaraq, “Bu sistemin işində müəyyən səhvlər və çatışmazlıqlar təkcə mütəxəssislər tərəfindən deyil, hamı tərəfindən nəzərə alınıb”, - deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)