Vakansiyalar

PASHA Holding işçi axtarır - VAKANSİYA

Layihələrin idarəedilməsi üzrə mütəxəssis 

İşin təsviri:

  • Qrup üzrə Layihələrin idarəedilməsinin strateji hədəflərinə çatması üçün biznes analitikasının aprılması;
  • Funksiyadaxili və funksiyalararası strateji layihələrin icrasında iştirak eyni zamanda tələb olunan dəstəyin təmin edilməsi;
  • Layihələrin bitməsindən sonra qiymətləndirməsi və ya qiymətləndirmələrin araşdırmalarının aparılmasında iştirak, mühüm aşkarlanmaların və təcrübədən əldə edilmiş bacarıqların müəyyən edilməsi;
  • Qrup üzrə Rəhbər komitələr və digər platformalar üçün tələb olunan məlumatların toplanması  məqsədilə Qrup Funksiyaları və PAŞA Qrupunun Strateji Aktivləri ilə mütəmadi əlaqə saxlanılması;
  • Qrup daxilində strateji layihələr və Strateji Aktivlər ilə əlaqəli layihələr üzrə dövri və xüsusi hesabatların və təqdimatların hazırlanmasında dəstək;
  • Müvafiq məlumatların toplanması və PAŞA Qrup layihələri portfelinin statusu barədə aylıq hesabatların hazırlanması;
  • Əməliyyat Planının inkişafı və Əməliyyat Planının nəzərdən keçirilməsi görüşləri ilə bağlı dəstəyin təmin edilməsi;
  • Qrup daxilində Rəhbər Komitəsi və layihələrlə əlaqədar sənədləşmələr (PMO verilənlər bazasının idarə edilməsi) üçün sənəd dövriyyəsinin təmin edilməsi;
  • Qrup daxilində layihələrin idarəedilməsi sahəsində çalışan həmkarlara gündəlik fəaliyyətlərində dəstəyin göstərilməsi;
  • Layihələrin idarəedilməsi ilə əlaqədar tələb olunan xüsusi tapşırıqların yerinə yetirilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Layihələrin İdarəedilməsi ilə əlaqəli sahələrdə ən azı 2 il peşəkar təcrübə;
  • Müxtəlif növ məlumatların və informasiya axınlarının analitikasında təcrübə;
  • Gündəlik fəaliyyəti nəzarət altında saxlayaraq strateji düşünmə bacarığı;
  • Qrup üzrə Layihələrin İdarəedilməsi şəbəkəsində dəyişiklik agenti kimi fəaliyyət göstərməyə imkan verəcək güclü analitik bacarıqlar;
  • Güclü şəxsiyyətlərarası və ünsiyyət bacarıqları;
  • Detallara diqqətlilik və intizamlı;
  • Əsas prioritetləri balanslaşdırma bacarıqları;
  • MS Office proqramlarının (xüsusilə Excel və PowerPoint) yüksək səviyyədə biliyi;
  • 35 saat Layihə İdarəetmə təlimin (rəsmi və ya qeyri-rəsmi) olması üstünlükdür;
  • Azərbaycan və İngilis dillərinin (həm şifahi, həm də yazılı) yüksək səviyyədə biliyi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Layihələrin idarəedilməsi üzrə mütəxəssis ” qeyd olunmalıdır;
  • CV-lər 11 noyabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə recruitment@pasha-holding.az e-poçt və / və ya telefon vasitəsilə əlaqə 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department