Elm və Texnologiya

“WhatsApp”da Premium abunə işə düşüb

“WhatsApp” messencerinin beta versiyasında Premium abunə işə düşüb. “Telegram”dakı oxşar funksiyadan fərqli olaraq, o, yalnız biznes hesabların istifadəçilər üçün əlçatan olacaq.

ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Premium hesab üç ayda bir dəfə profildəki əlaqə linkini dəyişməyə, eyni anda 10-a qədər cihazı birləşdirməyə, həmçinin 32 iştirakçı ilə videozənglər təşkil etməyə imkan verir.

Premium abunənin qiyməti ilə bağlı hələki məlumat yoxdur. Müqayisə üçün, Pavel Durovun messenceri istənilən istifadəçiyə 299 rubla “Telegram Premium”a qoşulmağı mümkün edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department