Moldovanın Baş naziri Azərbaycana gəldi
Moldovanın Baş naziri Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib.
ENA.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Natalya Qavrilitsanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşıladılar.