Qarabağ

İlham Əliyevlə Paşinyan arasında görüş olacaq

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.

ENA.az xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)