Vakansiyalar

Prior Leasing filial müdiri axtarır - MAAŞ 2500 AZN

İnsan Resursları Şöbəsinin Rəhbəri

 Son tarix 04 noy 2022

Namizədə olan tələblər:

  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində təcrübə minimum 5 il;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
  • Dil bilikləri: İngilis və Rus dilləri  üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Şöbə daxilində olan bölmələrin işlərinə nəzarət və işlərinin planlaşdırılması;
  • Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
  • Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
  • İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
  • Vakansiyalara olan namizədlərlə görüşlərin keçirilməsi;
  • Əməkhaqqı və vəzifə dəyişiklikləri iə əlaqədar sorğuların ilkin cavablandırılması və təstiqə göndərilməsi;
  • Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
  • Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
  • Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
  • Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması .

İş şərtlərimiz:

  • Əmək haqqı: 2500 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq hr@prior.az göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department