Elm və Texnologiya

Bu smartfonlarda oktyabrın 24-dən “WhatsApp” işləməyəcək

iOS 10 və 11 əməliyyat sistemləri ilə işləyən iPhone-lar 24 oktyabr 2022-ci il tarixindən etibarən “WhatsApp” messencerini dəstəkləməyəcək. Vurğulanır ki, köhnəlmiş ƏS olan smartfon istifadəçiləri cihazlarını yeniləməlidirlər, əks halda onlar “WhatsApp”dan istifadə edə bilməyəcəklər.

ENA.az bu barədə “Qazeta.ru”ya istinadən xəbər verir.

Eyni zamanda, tətbiq iPhone 5 və iPhone 5C smartfonları üçün həmişəlik əlçatmaz olacaq. Belə ki, bu modellər üçün iOS yeniləmələri artıq mövcud deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)