Bank

Türkiyənin üç dövlət bankı “Mir” ödəniş sistemindən istifadəni dayandırıb

Türkiyənin üç dövlət bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəni dayandırmaq qərarına gəlib. Bu barədə “Bloomberg” Türkiyənin yüksək səviyyəli rəsmisinə istinadən məlumat yayıb.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi məlumatı rəsmi olaraq təsdiqləməyib. Xatırladaq ki, daha əvvəl “Financial Times” yazıb ki, ABŞ və Avropa İttifaqı (Aİ) Türkiyə banklarına “Mir” ödəniş sisteminə qoşulmaq üçün təzyiqləri artırmağı planlaşdırır.

Banker.az bu barədə “RT.ru”ya istinadən xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərə Moskva ilə birlikdə Rusiyanın “Mir” ödəniş sisteminə alternativ hazırlamağı tapşırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)