BİZNES

Biznes səyahətləri niyə yoxa çıxır?

Dünya hava nəqliyyatı sektorunun ən mühüm gəlir hissəsindən olan işgüzar səyahətlər pandemiyadan əvvəlki köhnə günlərinə qayıda bilmir.

Aviasiya sənayesi həmişə bir yerdən başqa yerə təyyarə ilə getməkdən daha üstün xidmətlər təklif etməyə çalışıb. Covid-dən sonra dünya ilə yenidən əlaqə qurmağı hədəfləyən şirkətlər belə yüksələn qiymətləri ödəyə bilmədi. Məsələn, dünyanın ən uzun marşrutlarından biri olan Nyu-York və Sidney arasında birinci dərəcəli uçuşların qiyməti 20.000 dollardan çox ola bilər ki, bu da pandemiyadan əvvəlkindən iki dəfə bahadır. Bloomberg-in verdiyi məlumata görə, CWT korporativ səyahət idarəçiliyi üzrə vitse-prezident Nik Vournakis, "Tələb təklifi açıq şəkildə üstələyir, nə vaxtsa şirkətlər bir nğqtədə artıq kifayətdir deyəcəklər”, - deyə vurğulayıb.

SƏYAHƏT BAZARI GƏRGİNDİR

Dünyada Covid məhdudiyyətləri azaldıqca, aviaşirkətlər öz donanmalarını yenidən aktivləşdirmək və hava səyahətinə artan iştahanın öhdəsindən gəlmək üçün heyəti kifayət qədər tez geri qaytarmaq üçün mübarizə apardılar. Bu, həm oturacaq, həm də tutum məhdudiyyətləri deməkdir. Yanacağın yüksək qiyməti maaşları artırır. CWT və Qlobal Biznes Səyahətləri Assosiasiyasının məlumatına görə, biznes klass aviabiletlərinin qiymətləri 2022-ci ildə 45%, gələn il isə 6,2% artacaq.

Səyahət konsaltinq firması TripActions, ABŞ-dan sifariş edilən uçuşlar üçün birinci dərəcəli biletlərin yanvar-avqust ayları arasında 52% artdığını, bunun ekonom və premium ekonomdan daha kəskin artım göstərdiyini söylədi.

Şirkətlər xərclərdən imtina etdikcə, korporativ səyahətlər pandemiyanın səbəb olduğu məhdudiyyətlərdən hələ də tam qurtulmamış zəif bir həlqəyə qayıtdı. Bu, aviaşirkətlər üçün pis xəbərdir. Səyahət proqram təminatı firması Trondent Development görə, aviaşirkətin mənfəətinin 75%-ni işgüzar səfərlər, yalnız 12%-ni digər kateqoriya sərnişinlərdən əldə edilən gəlir təşkil edir. Korporativ səyahət təşkilatçısı firması FCM-nin Qlobal İdarəedici Direktoru Marcus Eklund, "Biz xərcləmələrdə qeyri-adi fərqlilik görürük", - deyib.

ŞİRKƏTLƏR EKONOM BİLETLƏRƏ QAYIDIR

Həmkarlarının Banqkokdakı bir şirkət toplantısına uçmaq üçün ödənişlərə nəzarət etməli olduğunu bildirən Sidney mərkəzli şirkət məsləhətçi Dhruv Sharma, büdcəsinin bir nəfərin xərclərini iki dəfə artırmaq və adambaşına 6000 dollar ödəmək kimi seçimdən imtina etdiyini bildirib: “Bu, ekonom olmalıdır"

Finansgundem-in məlumatına görə, Microsoft-un həmtəsisçisi Bill Qeyts 2020-ci ilin sonuna qədər işgüzar səfərlərin 50 faizindən çoxunun koronavirusdan sonra yox olacağını bildirib. Qantas Airways-in baş direktoru Alan Coys mümkün azalmanın 15%-ə yaxın olacağını proqnozlaşdırır. Hələ pandemiyadan əvvəl, dünya üzrə layihələr üzərində işləyən Bostonda yerləşən Refine and Focus konsaltinq şirkəti lazımsız səyahətlər üçün pul ödəməkdən yayınırdı. Artan aviabilet qiymətləri və xərclərin inflyasiyalı artması bütün şirkəti işgüzar səfərlərdən demək olar ki, tamamilə uzaqlaşdırdı. Firmanın həmsədri Purnima Thakre dedi: “Biz demək olar ki, səyahətimizi dayandırdıq. Hər hansı bir layihə üçün insanlara bu pulu təyyarə biletlərinə xərcləməkdənsə, daha yaxşı ödəməklə verməyi üstün tuturam” dedi.

BİLET QİYMƏTLƏRİ UÇUR

Biletlərin qiymətləri əhəmiyyətli dərəcədə dəyişir və bəzi marşrutlar digərlərinə nisbətən daha şişirdilmiş qiymətə malikdir. Kayak.com səyahət portalına görə, Delta Air Lines və IAG-a məxsus British Airways gələn ay Londondan Nyu-Yorka birinci dərəcəli uçuşlar üçün 10,000 dollardan çox pul alır. Sinqapur Hava Yolları ilə Londondan Sidneyə birinci dərəcəli uçuşlar təxminən 12.000 dollara satılır. Bazarın zirvəsinə yaxınlaşan Qantas və United Airlines premium Nyu-York-Sidney oturacaqları üçün 22.000 dollardan çox pul istəyir.

KORPORATİV SƏYAHƏT XƏRCLƏRİNDƏ ARTIM YOXDUR

Dəyişiklik inflyasiyanın artması və tənəzzül qorxusu ilə üst-üstə düşür. Qlobal Biznes Səyahətləri Assosiasiyasına görə, pandemiyadan əvvəl 1,4 trilyon dollarlıq korporativ səyahət xərcləri 2026-cı ilə qədər bərpa olunmayacaq. Əvvəlki proqnozunda assosiasiya 2024-cü ildə bərpa olacağını proqnozlaşdırmışdı. American Express Global Business Travel-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Martin Ferqyuson bildirib ki, şirkətlər səyahət büdcələrini maksimum dərəcədə artırmaq üçün aviaşirkətlərin loyallıq proqramlarından çox, qiymətə görə uçuşları seçirlər. Southwest Airlines keçən həftə işgüzar səfərlərin daha yavaş bərpa olunduğunu göstərərək, seqmentdən gələn gəlirin 2019-cu ilin eyni ayları ilə müqayisədə iyulda 26%, avqustda isə 32% azaldığını aşkar etdi.

American Airlines CEO-su Robert Isom, bu ay investisiya bankirləri kimi böyük institusional müştərilərdən əldə edilən gəlirlərin təxminən 75% yaxşılaşdığını, kiçik bizneslərin isə seqmentdə bərpasını gecikdirdiyini söylədi. Rüsumlarla bağlı narahatlıqlar müəyyən dərəcədə istifadəyə hazır təyyarələrin olmaması ilə əlaqələndirilir. Bu, tələbi qiymətləri yüksək saxlamaq üçün kifayət qədər güclü göstərir. Səyahət məlumat provayderi OAG-a görə, qlobal miqyasda beynəlxalq uçuşlar üzrə tutum hələ də 2019-cu il səviyyəsindən 25% aşağıdır.

Onlayn platformalar

Biznes səyahətlərinin həcminin azalması səbəblərindən biri də onlayn platformaların inkişafıdır. Bugün müxtəlif tətbiqlər şirkətlərə iclaslar keçirməyə, hətta onlayn sərgilər təşkil etməyə imkan verir. B2B görüşlərin keçirilməsi üçün onlayn proqramlar vasitəsilə xüsusi otaqlar ayırmaq və tərcümə digər xidmətləri birbaşa qoşaraq, iclaslar aparmaq, geniş təqdimatlarla çıxış etmək mümkündür. İnsanların bütün həyatını virtuala daşıması prosesi sürətlə davam edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)