Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycana 290 milyonluq əczaçılıq məhsulları idxal edildi

Azərbaycana 290 milyonluq əczaçılıq məhsulları idxal edildi

 Azərbaycan 2018-ci il ərzində 290 184,22min ABŞ dolları dəyərində 16 933,78 ton əczaçılıq məhsulları idxal edib.

"BI"nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, həcm baxımından 2017-ci ilin göstəriciləri ilə müqayisədə 1 283,71 ton (8,2%) çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 41 168,39 min dollar (16,53%) çoxdur.

2018-ci il ərzində əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2,53%-ni təşkil edib.