Türkiyənin DənizBankı "Mir" kartlarının qəbulunu dayandırdı
Türkiyənin “DenizBank”ı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) son xəbərdarlığı ilə əlaqədar “Mir” ödəniş sisteminin kartlarının qəbulunu dayandırıb.
Financial Times xəbər verir ki, bank ötən həftənin sonunda əməliyyatları dondurub.
Bazar ertəsi Türkiyənin ən böyük banklarından biri olan Türkiyə İş Bankası (İsbank) Mir kartlarının qəbulunu dayandırıb, Bloomberg xəbər verir. Bankdan bildirilib ki, kredit təşkilatı OFAC-ın müraciətini qiymətləndirərək kartların qəbulunu dayandırıb.
Həmçinin oxuyun: Amerika Rusiyanın "Mir" sistemindən istifadə edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək
Bundan əvvəl, sentyabrın 15-də OFAC, Rusiyanın NSPK ilə müqavilələr bağlayan qeyri-amerikan maliyyə qurumlarının Rusiyadan kənarda Mir ödəniş sistemindən istifadə ərazisini genişləndirməklə ABŞ sanksiyalarından yayınmaq üçün hərəkətlərdə iştirak riski ilə bağlı açıqlama dərc etdi.