Amerika Rusiyanın "Mir" sistemindən istifadə edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək
ENA.az xəbər verir ki, Amerika Birləşmiş Millətləri hökuməti ərazisində Rusiyanın "Mir" ödəniş sistemindən istifadəni dəstəkləyən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
Məlumatda deyilir ki, qeyri-ABŞ maliyyə qurumları, hansıki NSPK (Milli Ödəniş Kart Sistemi. - Red.) ilə yeni və ya genişləndirilmiş müqavilələr bağlayanlar Rusiyanın ABŞ sanksiyalarından yayınmasına kömək edə bilərlər.
ABŞ Xəzinədarlığı Azərbaycan banklarının da istifadə etdiyi “Mir” ödəmə sistemi ilə bağlı sanksiyalarla təhdid edərkən, Rusiya Mərkəzi Bankı bu sistemi qəbul edən ölkələrin sayını artırmağa davam edəcəklərini açıqlayıb. ABŞ və Rusiya arasında “Mir” ödəniş sisteminə görə sanksiya mübarizəsi getdikcə artır.
Rusiya Mərkəzi Bankı açıqlamasında bildirib ki, “Mir” debet kartlarını qəbul edən ölkələrin sayını artırmağa davam edəcək. ABŞ Xəzinədarlığı bu ödəniş sisteminin Rusiyaya maliyyə sanksiyalarının öhdəsindən gəlməyə kömək etdiyini bildirib və bu sistemdən istifadə edən maliyyə qurumlarının da risk altında olduğunu açıqlayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı müharibədən sonra rus bankları MasterCard, VISA və SWIFT kimi beynəlxalq ödəniş sistemlərindən kənarda qaldı, Rusiya isə qurduğu Mir və NSPK sistemləri ilə beynəlxalq əməliyyatları davam etdirdi. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Rusiyada bank və kredit kartları ilə ödənişlər üçün istifadə edilən və Rusiyanın Mir Milli Ödəniş Sisteminin operatoru olan NPSK sistemindən istifadə sanksiyaya məruz qalan insanları beynəlxalq maliyyə sisteminə daxil edə bilər. ABŞ Maliyyə Nazirliyi NPSK sədri Vladimir Komlev də daxil olmaqla 22 nəfərə sanksiya tətbiq etdiyini açıqlayıb.
ABŞ NPSK sistemindən istifadə edən ölkələri qorxudub. Analitiklər, ABŞ-ın rus turistlərin xaricdə otel pullarını ödəməsini əngəlləmək məqsədi daşımadığını və bu sistemin sanksiyalardan yayınmaq üçün istifadə edilməsinin qarşısını almağa çalışıldığını bildiriblər.
ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi və Atlantic Council analitik mərkəzinin direktoru Brayan O'Tul deyib: “Mən düşünmürəm ki, ABŞ administrasiyası rusiyalı turistlərin Türkiyəyə gəlməsi və onların otel haqqlarını ödəməsi ilə o qədər də maraqlanır. ABŞ Rusiyanın sanksiyalardan yayınmaq üçün bu ödəniş sistemindən istifadə etdiyinə dair kəşfiyyat məlumatlarına malik ola bilər".
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə bankların rusiyalı turistlərin "Mir" kartından istifadəsi ilə bağlı əməliyyatlar aparmaqdan imtina etdiyi barədə məlumatlar dərc olunmuşdu.
Azərbaycanda da bu kartların istifadə edildiyini və Rusiya ilə əməliyyatların bu sistem üzərindən həyata keçirildiyini nəzərə alsaq, qarşıda Azərbaycan banklarını ciddi problemlərin gözlədiyini deyə bilərik.