Avtomobil

Azərbaycanda "Pejo" və "Reno" avtomobillərin – İSTEHSALI BAŞLAYIR

2019-cu ildən etibarən Neftçaladakı «Khazar» Avtomobil Zavodunda yeni modellərin istehsalına başlanacaq, eləcə də avtomobil istehsalı həcmi 3 dəfə artacaq.

"BI" xəbər verir ki, bu barədə  zavoddan bildirilib.

Avtomat sürət qutulu avtomobillər gəlir

Zavoddan verilən məlumata görə, 2019-cu ilin sonuna kimi "Azərmaş” ASC «Khazar» brendi ilə istehsal olunan avtomobillərinin sinfini genişləndirəcək: «Bu ildən avtomat idarəetmə qutusu ilə avtomobillərin istehsalına da başlanılacaq».

İstehsal həcmi 3 dəfə artacaq

Zavoddan bildirilib ki, 2019-cu ildə burada istehsal həcminin 3 qat artması nəzərdə tutulur. Xatırladaq ki, 2018-ci ildə zavodda minə yaxın avtomobil buraxılıb. Bu il üçün hədəflər isə  3 min avtomobil təşkil edir.
 

Azərbaycan avtomobil ixrac edəcək

Maraqlı yeniliklərdən biri avtomobil ixracına başlanması olacaq. Zavoddan bildiriir ki, Xəzər avtomobil zavodu həmçinin Azərbaycan istehsalı avtomobillərin ixracını da planlaşdırıb.
 

Ehtiyat hissələri üçün yeni müəzavodlar açılacaq

Bu ilin sonlarından etibarən avtomobillərin ehtiyat hissələrinin bir hissəsinin ölkəmizdə istehsalı gözlənilir. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil istehsalına aid yan sənaye müəssisələrin (lokallaşdırma) yaradılmasında maraqlıdır»-deyə zavoddan bildirilir.
 

«Pejo» və «Reno»lar buraxılacaq

Muasir texnalogiyar əsasında qurulan avtomobil istehsalı zavodunda tək «KHAZAR» avtomobili deyil, «Peugeot» və «Renault» kimi avtomobil modellərinin də istehsalı planlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)