İran Rusiya qazını Azərbaycan vasitəsilə alacaq
İran iki ay əvvəl Tehran və Moskva arasında əldə olunmuş razılaşmaya əsasən, Azərbaycandan boru kəmərləri ilə Rusiya qazını idxal edəcək.
Bu barədə İran mətbuatı məlumat yayıb.
İran Neft Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə Azərbaycan vasitəsilə Rusiya qazının sutkada 6 və 9 milyon kubmetr həcmində svop tədarükü həyata keçiriləcək.
İranın Neft Nazirliyinin daxili hesabatında qeyd edilir ki, alqı-satqı və mübadilə razılaşmaları iyul ayında İran Milli Neft Şirkəti (NIOC) və Rusiyanın “Qazprom” şirkəti arasında imzalanmış 40 milyard dollarlıq müqavilə ilə bağlıdır.