Gündəm

Ermənistanın XİN başçısı ABŞ-a gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ-a gedəcək.

ENA.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

O, Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edəcək.

A.Mirzoyanın başqa ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların təmsilçiləri ilə 30-dan artıq görüşü gözlənilir.

Qeyd edək ki, bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyası başlayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)