Qarabağ

Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin bu gün Özbəkistanın Səmərqənd şəhərinə yola düşüblər.

ENA.az xəbər verir ki, sammit çərçivəsində Türkiyə və Rusiya dövlət başçılarının görüşü nəzərdə tutulub.

Məlumata görə, Ərdoğan-Putin görüşündə iki ölkəni maraqlandıran aktual məsələlər, Ukraynada davam edən müharibə və Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Türkmənistan və Türkiyə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində qatılacaqlar. Ermənistan Baş naziri Nikol Paşinyan isə sammitə getməkdən imtina edib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)