ÜST: “Koronavirus pandemiyasının sonu yaxınlaşır”

Koronavirus pandemiyasının sonu yaxınlaşır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.
“Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır”, – Qebreyesus əlavə edib.
Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.