Bütün maneələr, xəstəliklər insanın istəkləri qarşısında acizdir. Ənvər bunu sübut edib - VİDEO
Ənvər Cabbarlı hemofiliya xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq, çox pozitivdir, ətrafındakıları da sağlam və cəsur görmək istəyir. Bunun üçün müxtəlif layihələrdə çalışır. Eyni zamanda öz xərclərini qarşılamağa can atır. Bu müsbət xüsusiyyətlərinə görə Milli QHT-lərə dəstək Şurasında işlə təmin edilib.
Gələcəkdə isə öz biznesini qurmaq barədə düşünür.