Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin yeni komandanı məlum olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.
Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin komandanı general-leytenant Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb.