Birja

Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Cümə günü neft qiymətləri yüksəlir, lakin Çində tələbin azalması siqnalları və dünya bazarında kifayət qədər xammalın olması fonunda həftənin sonunda ucuzlaşır.

Bu həftənin əvvəlindən həm Brent, həm də WTI 3%-dən çox ucuzlaşıb, cümə axşamı qiymətlər yanvar ayından etibarən minimuma düşüb.

Bu ərəfədə məlum olub ki, Çinin 21 milyon insanın yaşadığı Çenqdu şəhərinin hakimiyyət orqanları cari karantin rejimini uzadıb. Yaponiya investisiya bankı Nomura görə, Çinin 49 şəhərində ümumilikdə 291,7 milyon insanın hərəkətini məhdudlaşdıran hər cür karantin tədbirləri var.

Bugün Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 89,82 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,67 dollar (0,75%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 83,99 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,45 dollar (0,54%) çoxdur. 

ABŞ Energetika Nazirliyinin cümə axşamı açıqladığı məlumatlar ölkənin neft ehtiyatlarının kəskin artdığını göstərdi və bu, analitiklər üçün sürpriz oldu.

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 8,85 milyon barel artaraq 427,19 milyon barrelə çatıb. Bu, aprel ayından bəri ən yüksək həftəlik artımdır. Bloomberg-in sorğusuna qatılan ekspertlər ehtiyatların orta hesabla 1,9 milyon barrel azalacağını gözləyirdilər.

Benzinin əmtəə ehtiyatları 333 min barel, distillatlar 95 min barel artıb. Analitiklər benzin ehtiyatlarının 1,9 milyon barrel azalacağını gözləyirdilər.

Sevens Report Research-in redaktoru Tayler Ritçi deyib ki, enerji məlumatları ABŞ-ın neft ehtiyatlarında "külli miqdarda" artım göstərib və cümə axşamı qiymətlərin azalmasına səbəb olub.

Bununla belə, "bazar sürətlə sabitləşdi, çünki fyuçers qiymətləri çərşənbə günü kəskin enişdən sonra artıq satış səviyyəsinə yaxın idi", deyə Market Watch bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department