FINOKO nizamnamə kapitalını artıracaq
7 oktyabr 2022-ci il tarixində “FINOKO BOKT” bank olmayan kredit təşkilatının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“İclasda yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması məsələsinin müzakirəsi planlaşdırılır”, - deyə məlumatda bildirilib.
1 sentyabr 2022-ci il tarixinə BOKT-nin nizamnamə kapitalı 4,855 milyon manat, məcmu kapitalı 8 milyon 10,23 min manat təşkil edir.
FINOKO BOKT ASC 2014-cü ilin sentyabrında fəaliyyət göstərmək üçün lisenziya alıb. Təşkilatın səhmdarları iki fiziki şəxsdir.