Birja

Neft bahalaşdı: diqqət OPEC+ iclasına yönəlib

Neft qiymətləri bazar ertəsi günü OPEC+ iclası ərəfəsində artıb, treyderlər Səudiyyənin energetika naziri şahzadə Əbdüləziz bin Salmanın belə bir addımın mümkünlüyü ilə bağlı son açıqlamalarından sonra hasilatın azaldılması ehtimalını qiymətləndirirlər.

Bloomberg qeyd edir ki, əksər ekspertlər hələ də OPEC+-ın oktyabr ayı üçün neft hasilatı planını azaltmayacağına inanırlar. JPMorgan analitikləri bu fikri onunla izah edirlər ki, dünya bazarında yayda xammalın artıqlığı tez bir zamanda kəsirə çevrilə bilər.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:15-ə olan Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri bir barel üçün 95,06 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 2,04 (2,19) dollar çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 88,66 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,79 dollar (2,06%) çoxdur.

Ötən həftənin yekununda Brent 6,1%, WTI 4,6% ucuzlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department