Sirab ASC işçi axtarır - VAKANSİYA
Sənədlərin dövriyyəsi üzrə mütəxəssis
Son tarix 02 okt 2022
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel )– yaxşı;
- Dil bilikləri: Azərbaycan- Əla;
- Minimum təcrübəsi: 3 il (müvafiq sahə üzrə);
- Kargüzarlığın aparılması qaydalarını bilməli;
- İSO 9001 sisteminin tələb etdiyi şəkildə sənəd dövriyyəsinin təşkilini bilmək.
Fərdi keyfiyyət göstəriciləri:
- Dəqiqlik və detallara diqqətlilik;
- Ünsiyyətlilik;
- Məsuliyyətlilik;
- Operativlik;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Rus və ya ingilis dili biliyi;
- Azərbaycan dilinin filologiyası üzrə təhsil;
Vəzifə öhdəlikləri:
- Daxil olan və çıxan sənədlərin qeydiyyatının aparılması;
- Daxil olan və göndərilən sənədlərin arixivləşdirilməsi;
- Şöbələr arası sənəd dövriyyəsində yaranmış qüsurları aşkarlama və aradan qaldırılması düzgün istiqametlendirilməsi;
- Təsdiqlənmiş sənədlərin aidiyyatı üzrə yönləndirilməsi;
- Müaqvilələrin (xidməti,borc və s.) hazırlanması, düzəliş edilməsi;
- Məktubların hazırlanması göndərilməsi;
- E-poçt yazışmalarının həyata keçirilməsi;
- Tərcümə xidmətlərin alınması;
- Şöbələrin illik təhvil-təslim jurnallarının işlənməsi;
- Administrativ tapşırıqların edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: 600 AZN;
- Yemək şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A ( Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 )
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Sənədlərin dövriyyəsi üzrə mütəxəssis” yazmaqla cv@sirab.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq