BİZNES

Milyarder Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçür

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Qarabağa köçmək qərarına gəlib.

ENA.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumatı R.Vardanyan öz yutub kanalında paylaşıb.

Vardanyan qeyd edib ki, üzərinə hansı riskləri götürdüyünü anlayaraq Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar qəbul edib.

“Bu qərarı vermək mənim üçün asan olmadı, lakin belə düzgündür”, - deyə o söyləyib.

Qeyd edək ki, “Forbes” 2021-ci ildə Ruben Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. O, “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və sabiq sahibidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)