Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub

Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub.
ENA.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.
Payızda keçirilməsi planlaşdırılan seçkilərdə dövlət başçısı özünün də iştirak edəcəyini bildirib.
Ölkə prezidenti eyni zamanda parlament seçkilərinin də 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib.
Qeyd edək ki, Kasım-Jomart Tokayevin səlahiyyət müddəti 2024-cü ildə başa çatacaqdı.