"Expressbank" işçi axtarır - VAKANSİYA
Hüquq departamenti / Korporativ hüquq şöbəsi / aparıcı hüquqşünas.
Tələblər:
- Ali hüquqi təhsil;
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını bilməli;
- Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli;
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dilini bilən namizədlərə üstünlük verilir);
- Korporativ hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
- Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
- Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
- Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
- Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-xarakterli aktlarını;
- Azərbaycan Respublikası mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilmək.
E - mail : cv@expressbank.az