Gürcüstanda son 5 ayda Rusiya vətəndaşlarına məxsus 7459 biznes subyekti qeydiyyata alınıb
Gürcüstanda biznes strukturları yaradan Rusiya vətəndaşlarının sayı artıb. Martın 1-dən avqustun 1-dək Gürcüstanda Rusiya vətəndaşlarına məxsus 7459 biznes subyekti qeydiyyata alınıb.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, qeydiyyatdan keçmiş Rusiya vətəndaşlarına məxsus biznes müəssisələrinin 544-ü Məhdud Məsuliyyətli Cəmiyyət (MMC), 6913-ü fərdi sahibkarlıq subyekti, 2-si isə xarici müəssisələrin filiallarıdır.