Birja

Qiymətlərdə ciddi artım gözləmək çətindir: neftin bugünkü qiyməti

Neft qiymətləri dünya bazarında təklif qıtlığı qorxusunun artması səbəbindən bir gün əvvəl 4% sıçrayışdan sonra hazırda ucuzlaşır.

Treyderlərin diqqət mərkəzində Liviyadakı vəziyyət, eləcə də hasilatın azaldılması imkanlarının müzakirə ediləcəyi gözlənilən OPEC+ toplantısı qalır.

Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 104,28 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,81 dollar (0,77%) aşağıdır. Bazar ertəsi ticarət nəticəsində bu müqavilələr 4,1 dollar (4,1%) artaraq 105,09 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 96,76 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,25 dollar (0,26%) aşağıdır. Bir gün əvvəl bazarın bağlanışında bu müqavilələrin dəyəri 3,95 dollar (4,2%) artaraq 97,01 dollar/barel olub.

Bloomberg xəbər verir ki, həftəsonu Tripolidə iki silahlı qrup arasında toqquşmalar baş verib, nəticədə 30-dan çox adam ölüb. Bu, Liviyanın növbəti genişmiqyaslı münaqişəni gözlədiyi və bunun nəticəsində dünya bazarına neft tədarükünün azalacağı ilə bağlı qorxuları artırdı. Dövlət neft şirkəti National Oil Corp., bazar ertəsi ölkənin neft hasilatının sutkada 1,2 milyon barel olaraq qaldığını bildirib.

ING Groep NV-nin əmtəə strateqinin rəhbəri Warren Patterson, "Liviyada hasilatın azaldılması qorxusunun yeni dalğası və qarşıdan gələn OPEC+ görüşü ilə bağlı qeyri-müəyyənlik bazar ertəsi neft bazarına dəstək verdi.OPEC+ müdaxiləsi ilə qısa müddətdə qiymətlərdə ciddi artım gözləmək çətindir" - deyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)