Gündəm

Bayden Tayvana 1.1 mlrd. dollarlıq silah satacaq

Co Bayden administrasiyası ABŞ Konqresindən Tayvana 60 gəmi əleyhinə raket və 100 hava raketi daxil olmaqla 1.1 milyard dollarlıq silah satışını təsdiq etməyi planlaşdırır.

İyulun 16-sında ABŞ Dövlət Departamenti Tayvana ümumilikdə 108 milyon dollar dəyərində hərbi texnikanın təmiri üçün avadanlıq və ehtiyat hissələrinin satışını təsdiqləyib. Çin ABŞ-dan Tayvana hərbi yardım dayandırmağı tələb edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin yarımada ərazisində daha çox hərbi təlimlər keçirməyə başlayıb. Avqustun 28-də Çin ordusu Tayvan yaxınlığında müntəzəm hava patrulları elan edib. Bundan sonra iki Amerika kreyseri Tayvan boğazına daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)