“Baykar” şirkəti Rusiyaya “Bayraktar” satışını mümkünsüz sayır
![](https://ena.az/uploads/news/2022-08/_ena_987b90c282bef43366a376517_o.jpg)
Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.
Bunu “Baykar”ın baş direktoru Haluk Bayraktar BBC-nin Rus xidmətində dərc olunan müsahibəsində bildirib.
Bayraktar qeyd edib ki, onun şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq.