Dünyada ilk dəfə hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb
![](https://ena.az/uploads/news/2022-08/_ena_b25aa751e125ecc16c2979bd8_o.jpg)
Dünyada ilk dəfə olaraq Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb.
Qatar Aşağı Saksoniya əyalətində 126 kilometrlik xətdə hərəkət edəcək və 4 şəhəri birləşdirəcək. Yeni nəqliyyat vasitəsi heç bir zəhərli maddə xaric etmir.
Qatarın xəttə buraxılmasında ləngimə sınaqların uzun müddət davam etməsi və pandemiyaya görə bəzi detalların təchizatının ləngiməsi ilə əlaqədardır.