İlon Mask insanlara çip yerləşdirilməsi startapının təqdimatını keçirəcək
İlon Mask “Neuralink” adlı startapının təqdimatını keçirəcək. Startap implant neyrokompüter interfeyslərin yaradılmasını nəzərdə tutur.
ENA.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, tədbir oktyabrın 31-də baş tutacaq.
Mask tədbir haqqında ətraflı məlumat verməsə də, şirkətin beyin çipləri sahəsində işlərini nəzərə alaraq tədbirdə bu sahədə əldə edilmiş yeni nailiyyətlərin nümayiş olunacağı güman edilir.