“Apple” bu smartfonlar üçün zəmanət müddətini uzadıb
“Apple” qulaqlıqlardan istifadə zamanı səs problemi yaşayan iPhone 12 və iPhone 12 Pro modelləri üçün zəmanət müddətini üç ilədək genişləndirib. Qeyd edək ki, əvvəllər bu müddət iki il olub. Birillik uzadılma bütün dünyada keçərlidir.
ENA.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Apple” 2021-ci ilin avqustunda iPhone 12 və iPhone 12 Pro cihazlarında bir komponentin nasazlığı səbəbindən səs problemi ilə üzləşə biləcəyini müəyyən etdikdən sonra texniki xidmət proqramına başlayıb.