Collezione Italia işçi axtarır - MAAŞ 2200-2500 AZN
Baş mühasib
Son tarix 18 sen 2022
Tələblər:
- Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi (Baş mühasib kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS Office, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər;
- Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;
- Yaxşı rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparacaq;
- Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edəcək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edəcək;
- Vergi orqanları ilə yazışmaları aparacaq, E-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edəcək;
- Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari tibbi sığorta fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin etmək
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edəcək;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Şərtlər:
- İş qrafiki: 5 günlük, (10:00 – 19:00);
- İş yeri: Nərimanov rayonu;
- Əmək haqqı: 2200 AZN – 2500 AZN
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.