Hesablama Palatası: Beş iri dövlət şirkətindən dördü büdcəyə dividend ödəməyib
2021-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssiələrdən alınan dividendlər üzrə 168 milyon 50 min manat məbləğində proqnoz 127 milyon 24.2 min manat və ya 24.4% az olmaqla icra edilib.
Bu barədə Hesablama Palatasından bildirilib. Məlumata görə, proqnozun az yerinə yetirilməsi iri dövlət şirkətləri üzrə dövlət büdcəsinə təsdiq edilmiş 46 milyon manata qarşı 5 milyon manat və ya 89.1% az yetirinə yetirilməsi ilə bağlıdır. Bildirilib ki, beş iri dövlət şirkətindən yalnız “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC 5 milyon manat dividend ödəyib. “Azərbaycan Beynəlxalq Bankı” ASC təsdiq edilmiş proqnozu 107%, “Aqrarkredit” QSC və “Azerlotoreya” ASC isə proqnozu 100% həcmində icra edib. “Azər Türk Bank” ASC və “İstehlak Mallarının Ekspertiza Mərkəzi” MMC isə proqnoz müəyyən edilməsinə baxmayaraq büdcəyə dividend ödəməyib.