Krımda Rusiyaya məxsus hərbi hissədə partlayış olub
Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.
ENA.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.
Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.
Hazırda yanğın davam edir.